Yazını böyüt
Yazını kiçilt
Martın 25-də Rusiya Federasiyasının müdafiə naziri ordu generalı Sergey Şoyqunun təşəbbüsü ilə onun Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov ilə telefon danışığı olub.
Müdafiə Nazirliyindən hafta.az-a verilən məlumata görə, tərəflər Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərindəki mövcud vəziyyəti, həmçinin regional təhlükəsizlik və qarşılıqlı maraq doğuran bir sıra digər məsələləri müzakirə ediblər.